ABŞ-dan avtomobil alarkən, onun vəziyyəti və tarixinə əmin olmaq lazımdır. Bunu Carfax (Karfaks) xüsusi texniki hesabatının köməyi ilə etmək mümkündür. Karfaks – ABŞ və Kanada ərazisində bütün avtomobillərə dair informasiyanın əks olunduğu milli verilənlər bazasıdır.
Hesabat çox pis vəziyyətdə olan, “qaranlıq” tarixi olan maşınları ələmək, eləcə də maşının foto əsasında qiymətləndirilməsi mümkün olmayan vəziyyətini başa düşmək üçün istifadə edilir. Bu hesabatda servisə müraciətlərdən başlayaraq, YNH və hətta polis protokollarına qədər maşına dair tamamilə bütün məlumatlar əks olunur. Hesabatda bütün məlumatlar servis stansiyaları, avtosalonlar, sığorta şirkətləri, dövlət müəssisələri, polisdən və s. daxil olur. Başqa sözlə desək, hesabat avtomobilə dair yalnız maşının VIN kodunu bilməklə əldə edilə bilən bütün mümkün informasiyanı ehtiva edir..
"E-mashin" olaraq Amerika hərraclarından əldə etmək istədiyiniz avtomobili real bazar qiymətindən aşağı qiymətə sahib olmağınızda sizə köməklik göstərə bilərik.